RUSİYA

Şolts: "Almaniya Rusiya ərazilərinin atəşə tutulması üçün silah tədarük etməyəcək"

Almaniya kansleri Olaf Şolts bildirib ki, Almaniya təkbaşına hərəkət etməyəcək və fəaliyyətini digər müttəfiqlərlə əlaqələndirəcək.
Sputnik
BAKI, 26 avqust — Sputnik. Almaniya Rusiya ərazilərinə zərbələr endirmək üçün Ukraynaya silah tədarük etməyəcək.
Bunu Almaniya kansleri Olaf Şolts bəyan edib.
"ABŞ Prezidenti Co Bayden dəqiq ifadə edib ki, Rusiya ərazilərinin atəşə tutulması üçün Ukraynaya silah tədarük etməyəcək. Hesab edirəm ki, digərləri də bu prinsipə sadiq qalmalıdır", - deyə kansler vurğulayıb.
O qeyd edib ki, Almaniya təkbaşına hərəkət etməyəcək və fəaliyyətini digər müttəfiqlərlə əlaqələndirəcək.
Şolts bundan əvvəl bəyan etmişdi ki, Almaniya Ukrayna Ordusuna kifayət qədər silah tədarük edir.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.