BAKI, 26 avqust — Sputnik. Paris və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Moskva və Kiyevdən agentlik missiyasının Zaporojye Atom Elektrik Stansiyasına (AES) göndərilməsi üçün təhlükəsizlik zəmanəti alıb. Bu açıqlama ilə Fransa Prezidenti Emmanuel Makron çıxış edib.
Fransa lideri xatırladıb ki, bir gün əvvəl, avqustun 25-də MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşüb, bundan əvvəl Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinlə telefon danışığı olub.
"Biz Ukrayna və Rusiyadan təhlükəsizlik zəmanəti almışıq. İndi MAQATE-nin missiyası orada yerləşdirilə bilər, bu müstəqil missiya mühafizə olunacaq", - Fransa prezidenti bildirib.
Xatırladaq ki, cümə axşamı, avqustun 25-də MAQATE-nin baş direktoru Parisə səfəri zamanı agentliyin missiyasının Zaporojye AES-ə göndərilməsi ilə bağlı razılaşmaların tezliklə əldə olunduğunu elan etmiş, həmçinin bu missiya üçün bütün şərtlərin müəyyənləşdirilməsinin zəruriliyini qeyd etmişdi.
Enerqodarda yerləşən Zaporojye AES Rusiya qoşunlarının nəzarəti altındadır. Son günlər Ukrayna qüvvələri stansiyanın ərazisinə pilotsuz təyyarələr, ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən istifadə etməklə bir neçə zərbə endirib. Əksər hallarda hücumlar hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edilib, lakin mərmilər infrastruktura və nüvə tullantılarının saxlanıldığı əraziyə dəyib. Avqustun 19-da MAQATE-nin baş direktoru Rafael Qrossi AES-ə agentlik missiyasının göndərilməsi üçün aktiv danışıqların aparıldığını açıqlayıb.