PAYTAXT XƏBƏRLƏRİ

Diqqət: Bakının bu prospektində 3 gün nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Tbilisi prospektində (Şəfayət Mehdiyev küçəsindən Abbasqulu Ağa Bakıxanov küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sputnik
BAKI, 26 avqust — Sputnik. Sabah saat 08:00-dan avqustun 29-u saat 20:00–a qədər Bakının Yasamal rayonunun Tbilisi prospektində (Şəfayət Mehdiyev küçəsindən Abbasqulu Ağa Bakıxanov küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Agentlik, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə edib.