MƏDƏNİYYƏT

Azərbaycan Yazıçılar Birliyi qurultayın vaxtını dəyişib

Milli Məclisin 30 sentyabr iclasına görə, qurultayın iclası 5 oktyabr tarixinə dəyişdirilib
Sputnik
BAKI, 26 avqust - Sputnik. Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayının keçiriləcəyi vaxt dəyişib.
AYB-dən APA-ya bildirilib ki, 30 sentyabrda Milli Məclisin iclası olduğu üçün qurultayın vaxtı dəyişib:
“Milli Məclisin 30 sentyabr iclasına görə, qurultayın iclası 5 oktyabr tarixinə dəyişdirilib”.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi Azərbaycan yazıçı və şairlərinin, tərcüməçilərinin ən böyük ictimai təşkilatıdır. SSRİ dövründə Azərbaycan Yazıçılar İttifaqı adlanırdı.
Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılıb.
Hazırda AYB-nin 1510-dən artıq üzvü var. Sədri yazıçı Anardır. AYB üzvləri arasında Milli Məclisin bir neçə deputatı da var. Son zamanlar qurumun gələcək taleyi və uzun illərdir dəyişməyən rəhbərliyi ilə bağlı gənc yazarlar arasında xeyli müzakirələr gedir.