BAKI, 26 avqust — Sputnik. ABŞ-ın keçmiş senatoru Riçard Blek NATO-nun mövcudluğunun bütün Qərb ölkələri üçün ən böyük faciələrdən biri olduğu qənaətindədir. Bu barədə "RİA Novosti" məlumat yayıb.
Siyasətçinin fikrincə, alyans hələ 1991-ci ildə Varşava müqaviləsi təşkilatının ləğvi ilə bağlı protokol imzalananda fəaliyyətini dayandırmalı idi.
"Keçmişdə müəyyən müddət ərzində NATO müsbət qüvvə idi, lakin hazırda o, beynəlxalq münasibətlərdə sabitliyi pozan elementə çevrilib", - deyə Blek bildirib.
O, Finlandiya və İsveçin NATO-ya daxil olmasını da şərh edərək, alyansın daha da genişlənməsi ehtimalını "dəhşətli" adlandırıb.
Bundan əvvəl ABŞ Dövlət Departamenti Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı sazişlərin Vaşinqton tərəfindən ratifikasiyasına dair protokolları Şimali Atlantika Alyansına təhvil verib.