RUSİYA

Volodin Avropa ölkələrinin böyük itkilərə məruz qalacağını açıqladı

Rusiya Dövlət Dumasının spikeri bildirib ki, Avropa ölkələri öz axmaqlıqlarına, nadanlıqlarına görə ölkələrinin ətrafındakı dəmir pərdəni endirərək, özlərini cəzalandırırlar.
Sputnik
BAKI, 25 avqust — Sputnik. Avropa ölkələri Rusiya vətəndaşlarına viza verilməsinə qadağa qoyacağı təqdirdə böyük itkilərə məruz qalacaqlar. Rusiyalıların həm xaricdə, həm də daxildə istirahət edə biləcəyi yerlər var. Bu barədə özünün “Telegram” kanalında Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
Siyasətçi qeyd edib ki, suverenliyini itirmiş dövlətlərdən - Estoniya, Latviya, Litva, Finlandiya, Çexiya, Polşa, Ukraynadan ölkəyə girişin qadağan edilməsi ilə bağlı "təkliflərlə isteriya" nümayiş etdirilir.
“Ən sadə hesablamalara görə, Avropa vətəndaşlarımızın girişinə qoyulan məhdudiyyətlərə görə 21 milyard avro itirəcək” deyən Volodin bildirib ki, Avropa ölkələri öz axmaqlıqlarına, nadanlıqlarına görə ölkələrinin ətrafındakı dəmir pərdəni endirərək, özlərini cəzalandırırlar.
Siyasətçi qeyd edib ki, dünya əhalisinin 80%-i Rusiyaya qarşı sanksiyaları dəstəkləmir və rusiyalıların hər zaman ziyarət edəcək kimlərisə var.
Xatırladaq ki, Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Anita Hipper bildirmişdi ki, Avropa İttifaqının (Aİ) viza kodu, xüsusən də Rusiya vətəndaşları üçün qısamüddətli vizaların verilməsini dayandırmağa imkan vermir. Onun sözlərinə görə, hər bir Aİ ölkəsi özü qərar qəbul edə bilər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna və Estoniya prezidentlərinin rusiyalı turistlərə viza verilməsinin məhdudlaşdırılması təşəbbüsünü şərh edərkən deyib ki, bu vəziyyət düşüncənin irrasionallıqdan kənara çıxmasını göstərir. Onun sözlərinə görə, rusiyalıları və ya Rusiyanı təcrid etmək cəhdləri perspektivi olmayan prosesdir.