BAKI, 25 avqust — Sputnik. Alman estrada müğənnisi Tomas Anders sentyabrın 2-də baş tutacaq açıq "Sea Breeze Disco Night" festivalında çıxışı ərəfəsində bakılı pərəstişkarlarına müraciət edib. Müğənni festivalın sosial media səhifəsində ən məşhur hitlərini oxuyacağını bildirib:
"Salam, Bakı! Salam əziz dostlarım. Bakıya səfər etmək şansım olduğu üçün çox şadam. Sizi sentyabrın 2-də Sea Breeze-də görəcəyimə sevinirəm. Çoxlu hitləri, o cümlədən "Modern Talking" repertuarından oxuyacağam".
Tomas Anders kimdir?
"Modern Talking" qrupunun solisti olaraq dünyaca tanınan Tomas Anders 1984-1987 və 1998-2003-ci illərdə ən çox albom çıxaran sənətçilərdəndir. Sənətçinin həmin illərdə 120 milyondan çox albomu işıq üzü görüb.