TƏHLİL

ŞƏT ölkələrinin müdafiə nazirləri dünya nizamının gələcəyini müəyyənləşdirirlər

Şoyqu birgə təlimlər təcrübəsinin, qeyri-qanuni silahlı birləşmələrə qarşı mübarizədə qabaqcıl təcrübə mübadiləsinin fəallaşlaşmasının vacibliyini qeyd edib. Prioritet vəzifələr - "pilotsuz uçuş aparatları ilə mübarizə, informasiya və bioloji təhlükəsizlik"dir.
Sputnik
BAKI, 25 avqust — Sputnik. Səkkiz ŞƏT ölkəsinin, dörd müşahidəçi və altı tərəfdaş dövlətin hərbi idarələrinin rəhbərləri dialoq üzrə 3,6 milyard insanın maraqlarını təmsil edirlər. Bununla, ötən gün Daşkənddə planet əhalisinin və demək olar ki, dünya nizamının gələcəyini, o cümlədən kollektiv Qərbin - ABŞ və NATO-nun rolunu, eləcə də yerini böyük ölçüdə müəyyənləşdiriblər.
Avqustun 24-də Özbəkistanın paytaxtı Daşkənddə ŞƏT ölkələrinin və müşahidəçi dövlətlərin müdafiə nazirlərinin görüşü keçirilib. Burada Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan və Belarusun hərbi nümayəndə heyətləri iştirak edib. Baş tutan görüşdə hərbi sahədə əməkdaşlıq məsələləri, regional və beynəlxalq təhlükəsizliyə çağırışlar, o cümlədən ABŞ-ın Rusiya və Çinin ətrafında sabitliyi pozmaqla ABŞ-ın müstəsnalığı naminə Avropa və Asiyanı "silkələmək", rəqibləri zəiflətmək cəhdləri müzakirə olunub.
ŞƏT ölkələrinin hərbi nümayəndə heyətləri 2022-2023-cü illər üzrə Əməkdaşlıq Planı çərçivəsində təhdidlərin neytrallaşdırılmaq üçün tədbirlər təklif ediblər. Beynəlxalq silahlı terrorçu qrupların fəallığı fonunda ŞƏT ölkələrinin müdafiə nazirləri hərbi idarəetmə və nəzarət orqanları ilə qoşunların qarşılıqlı fəaliyyətinin işlənib hazırlanması üçün "Sülh Missiyası"nın birgə komanda-qərargah təlimlərinin əhəmiyyətini qeyd ediblər.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu həmkarlarına xatırladıb ki, "Sülh missiyası-2023" Rusiya ərazisində baş tutacaq, bu ilin payızında isə Qazaxıstan, Qırğızıstan və Tacikistanda KTMT-nin bir sıra manevrləri keçiriləcək.
İclas çərçivəsində ikitərəfli görüşlər də keçirilib. Belə ki, Belarus və Hindistan arasında hərbi əməkdaşlığın inkişafı müdafiə nazirləri Viktor Xrenin və Racnatx Sinqx tərəfindən müzakirə edilib.
Şanxay Təşkilatı ölkələrinin təhlükəsizliyi çoxhəcmlidir və bir çox sahələrdə əməkdaşlıq tələb edir. Rusiya Prezidenti Vladimir Putin avqustun 23-də Tacikistan Prezidenti Emomali Rəhmonla telefonla ŞƏT-in sentyabr ayında Səmərqənddə keçiriləcək sammitini müzakirə edib.
Bu yaxınlarda Özbəkistanın paytaxtında ŞƏT-ə üzv olan dövlətlərin təhlükəsizlik şuralarının katiblərinin iclası keçirilib. Bu toplantıda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev tərəfdaşlarına xatırladıb ki, ABŞ-ın regionda keçirdiyi hərbi təlimlər "amerikalılara, ilk növbədə, potensial hərbi əməliyyatlar teatrının öyrənilməsi, perspektivli məqsədlərin koordinatlarının dəqiqləşdirilməsi və yüksək dəqiqlikli silahlar üçün rəqəmsal xəritələrin düzəldilməsi üçün lazımdır".
Rusiyanın mövqeləri
Rusiyanın müdafiə naziri Sergey Şoyqu görüşdə Şanxay Əməkdaşlıq Təşkilatının yeni dünya güc mərkəzi və "bərabərlik və qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası münasibətlər nümunəsi" kimi artan rolunu qeyd edib. Məhz buna görə də son dərəcə qeyri-sabit beynəlxalq vəziyyət fonunda hərbi sahədə əməkdaşlığı möhkəmləndirmək, ümumi təhlükəsizlik məsələləri ilə bağlı mütəmadi məsləhətləşmələr aparmaq vacibdir.
Rusiya Əfqanıstanın nizamlanması ilə bağlı istənilən beynəlxalq təşəbbüsləri alqışlayır və eyni zamanda Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görür. Əfqanıstandakı vəziyyəti (beynəlxalq terror təşkilatları, narkotiklərin qanunsuz dövriyyəsi, dini radikalizm ideologiyası) nəzərə alaraq, Rusiya Müdafiə Nazirliyi Tacikistan və Qırğızıstandakı bazalarının döyüş hazırlığını, böhran hallarına cavab qüvvələrini artırır. İyun ayında Moskvada Mərkəzi Asiya ölkələrinin və Rusiyanın müdafiə idarələri rəhbərlərinin Əfqanıstan istiqamətində operativ vəziyyətə həsr olunmuş ilk görüşü keçirilib. Sergey Şoyqu bildirib ki, bu cür görüşlərə ŞƏT meydançasında da tələbat olacaq.
Rusiya hərbi təhlükəsizlik sahəsində məlumat mübadiləsi yolu ilə Şanxay Əməkdaşlıq Təşkilatının döyüş potensialının artırılmasını təklif edir. ŞƏT-ə üzv olan dövlətlərin müdafiə idarələri arasında operativ məlumat mübadiləsi üzrə saziş layihəsi hazırlanıb. Rusiya müdafiə naziri birgə təlimlər təcrübəsinin, qeyri-qanuni silahlı birləşmələrə qarşı mübarizədə qabaqcıl təcrübə mübadiləsinin fəallaşlaşmasının vacibliyini qeyd edib. Prioritet vəzifələr - "pilotsuz uçuş aparatları ilə mübarizə, informasiya və bioloji təhlükəsizlik"dir. Sergey Şoyqu dekabrda koalisiya təhlükəsizliyi məsələlərini müzakirə etmək üçün ŞƏT-ə üzv olan dövlətlərin, MDB iştirakçılarının və digər dost ölkələrin müdafiə nazirlərinin birgə görüşünün keçirilməsini təklif edib.
Rusiya yeni çoxqütblülük şəraitində Avropada sabitliyin hüquqi əsaslarını formalaşdırmaq üçün əhəmiyyətli səylər göstərir. Vaşinqtonun başçılıq etdiyi Qərb Rusiya tərəfinin NATO-nun şərqə doğru genişlənməməsi və alyansın zərbə silahlarının RF sərhədləri yaxınlığında yerləşdirilməməsi ilə bağlı prinsipial mövqeyinə məhəl qoymayaraq, qarşılıqlı təhlükəsizlik sistemindən imtina edir. Sergey Şoyqu qlobal hökmranlığı qorumaq üçün "müstəqil dövlətlərə misli görünməmiş təzyiqlər göstərən... açıq-aşkar şantaj, təhdidlər, rəngli inqilablar və dövlət çevrilişindən istifadə edən" ABŞ və kollektiv Qərbin rolununun amansız olduğunu bildirib.
Ukrayna Rusiyaya qarşı hibrid müharibənin aləti kimi seçilib. Onun ərazisində bioloji silah komponentləri gizli şəkildə Pentaqonun 30 laboratoriyasında hazırlanıb. Bu cür hərəkətlər bütün ŞƏT ölkələri üçün birbaşa təhlükə yaradır. Kiyev rejimi Minsk razılaşmalarını yerinə yetirməkdən imtina edib, Donbasda mülki əhaliyə, gələcəkdə isə Rusiyaya hərbi təhdidlər yaradıb. Bütün bunlar plan üzrə inkişaf edən xüsusi hərbi əməliyyatın zəruriliyini izah edir. ABŞ və NATO-nun Ukraynaya silah tədarükü insan itkilərinin sayını artırır və hərbi münaqişəni uzadır. Qərbin son məqsədi Rusiyanı təcrid etmək və zəiflətməkdir, Ukrayna isə burada istifadə olunan materialdır. Rusiya ŞƏT-dəki tərəfdaşlarına "prinsipial mövqe və dəstəyə görə" minnətdardır.
Qlobal hegemonluğu təmin etmək üçün ABŞ Cənub-Şərqi Asiyada da mövcud təhlükəsizlik sistemini parçalamağa çalışır. ŞƏT məkanının cənub cinahında mürəkkəb dövlətlərarası ziddiyyətlər kompleksi mövcuddur, Vaşinqtonun "ukraynalaşdırmaq" istədiyi gərginlik ocaqları formalaşır.
Çinin qarşısını almaq üçün dördtərəfli təhlükəsizlik dialoqu (QUAD) və üçtərəfli təhlükəsizlik paktı (AUKUS) hərbi-siyasi blokları yaradılır, region ölkələri NATO ilə əməkdaşlığa cəlb olunur. Tayvan problemi məqsədyönlü şəkildə kəskinləşir, Cənubi Çin və Şərqi Çin dənizlərində ərazi mübahisələri qızışır. Bununla yanaşı, regional təhlükəsizlik "yalnız ASEAN-ın mərkəzi rolu və digər çoxtərəfli qarşılıqlı əlaqə mexanizmləri ilə bütün dövlətlərin maraqlarını nəzərə almaqla birgə səylərlə təmin edilə bilər".
Sergey Şoyqu Daşkənddə keçirilən iclasda vurğulayıb: "ŞƏT-ə üzv olan dövlətlərin regional və qlobal təhlükəsizlik problemlərinin həllində müstəqil kursu bütün dünya üçün nümunədir". Xatırladaq ki, Şanxay Təşkilatına (2001-ci ildə yaradılıb) səkkiz ölkə daxildir: Rusiya, Çin, Hindistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistan. Dörd dövlət - Belarus, Əfqanıstan, İran və Monqolustan müşahidəçi statusuna malikdir. Altı ölkə - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lanka ŞƏT dialoqunun tərəfdaşıdır. 2021-ci ildə İranın ŞƏT-ə qəbul proseduru başlanılıb. ŞƏT-in qərargahı Pekində yerləşir. Planetdə bəşəriyyətin az qala yarısını birləşdirən təşkilatın analoqu yoxdur.
Şübhəsiz ki, dünya nizamının gələcəyi bu gün Avropa və ya ABŞ-da deyil, Asiyada - ŞƏT çərçivəsində müəyyənləşir. Sülhün və təhlükəsizliyin qorunması təşkilat üçün əsas prioritet olaraq qalır. Bugünkü görüşün nəticələri təşkilatın gələcək inkişafı, məsuliyyət sahəsində sabitliyin möhkəmlənməsinin əsasını təşkil edəcək. Sentyabrda Səmərqənddə biz bu konstruktiv prosesin davamını və inkişafını görəcəyik.