AZƏRBAYCAN XƏBƏRLƏRİ

Sabah əsl dəniz havası olacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq.
Sputnik
BAKI, 25 avqust — Sputnik. Avqustun 26-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-36° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65%, gündüz 35-40% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.