BAKI, 25 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusunun hərbi qulluqçularının sayının artırılması haqqında fərman imzalayıb.
Bu fərmana əsasən RF Silahlı Qüvvələrinin ştat sayı 2 milyon 39 min 758 nəfərə çatdırılıb.
Prezidentin fərmanına əsasən, Silahlı Qüvvələrdə hərbi qulluqçuların sayı 1 milyon 150 min 628 nəfər olacaq. Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
2017-ci ilin noyabrında Rusiya prezidentinin fərmanı ilə Rusiya Silahlı Qüvvələrinin sayı 1 milyon 902 min 758 nəfərə kimi artırmışdı. Onlardan 1 milyon 13 min 628-i hərbi qulluqçu, qalanları isə mülki şəxslərdir.