BAKI, 25 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Busan şəhərinin "Ekspo 2030" Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstək üzrə Xüsusi Komitənin sədri So Byoq Sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə Koreya Milli Assambleyasının üzvləri daxildir.
Xatırladaq ki, Prezident İlham Əliyev avqustun 19-da buna qədər Almaniyada səfir olan Ramin Həsənovu Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.