NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Avropada qazın qiyməti 3200 dolları ötüb

İstismarda qalan yeganə qaz kompressor qurğusunun təmiri fonunda 2022-ci il avqustun 31-dən "Şimal axını" ilə tədarükün üç gün müddətinə dayandırılması ərəfəsində qazın qiyməti kəskin artmağa başlayıb.
Sputnik
BAKI, 25 avqust — Sputnik. Avropada 25 avqust cümə axşamı günü birja qaz qiymətləri bu ilin mart ayından bəri ilk dəfə olaraq min kubmetr üçün 3200 dollar həddini keçib. Bu barədə Londonun "ICE" birjasının məlumatında deyilir.
Hollandiyada ən böyük Avropa mərkəzi TTF indeksi üzrə ticarət 3,080 dollardan (+3%) bir qədər yuxarı səviyyədə açılıb. Moskva vaxtı ilə saat 10:10-a olan məlumata görə, dəyəri 8% artaraq min kubmetr üçün 3232,5 dollar təşkil edib.
Xatırladaq ki, istismarda qalan yeganə qaz kompressor qurğusunun təmiri fonunda 2022-ci il avqustun 31-dən "Şimal axını" ilə tədarükün üç gün müddətinə dayandırılması ərəfəsində qazın qiyməti kəskin artmağa başlayıb. Qeyd olunub ki, bu müddət ərzində bu qaz kəməri ilə qaz nəqli dayandırılacaq.
Xəbər verildiyi kimi, Avropada qazın qiyməti 1996-cı ilin rekordunu yeniləyib. Mavi yanacağın təxmini qiyməti min kubmetr üçün 2861,6 dollara çatıb.