RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Şoyqu RF qoşunlarının Ukrayanda hücum tempinin zəifləməsinin səbəblərini açıqlayıb

Rusiyanın müdafiə naziri bildirib ki, Rusiya Silahlı Qüvvələri humanitar qanunlara ciddi əməl edir, Ukrayna qoşunlarının istifadə etdiyi hərbi obyektlərə dəqiq zərbələr endirir.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı Rusiya qoşunlarının hücum tempi azalıb, lakin bu, şüurlu addımdır. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu avqustun 24-də Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin müdafiə nazirliklərinin rəhbərlərinin iclasında deyib.
Rusiya Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, belə bir addım dinc əhali arasında itkilərin sayını minimuma endirmək üçün lazımdır.
"Mülki əhali arasında itkilərin qarşısını almaq üçün hər şey edilir", - Şoyqu vurğulayıb. "Əlbəttə, bu, hücumun sürətini ləngidir, lakin biz bunu şüurlu şəkildə edirik".
Rusiyanın müdafiə naziri bildirib ki, Rusiya Silahlı Qüvvələri humanitar qanunlara ciddi əməl edir, Ukrayna qoşunlarının istifadə etdiyi hərbi obyektlərə dəqiq zərbələr endirir.
Sergey Şoyqu xüsusi hərbi əməliyyat keçirmək qərarının Ukrayna hakimiyyəti tərəfindən Rusiyanın təhlükəsizliyinə yaratdığı qəbuledilməz təhdidlər səbəbindən verildiyini bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.