RUSİYA

Dövlət Duması: Ukraynanın qaz oğurluğundan yalnız Avropa zərər çəkəcək

Rusiya Dövlət Dumasının deputatı Oleq Morozov: "Avropa siyasətçiləri artıq baha olan mavi yanacağa görə Kiyevə əlavə pul ödəmək istəyəcəklərmi – bu, artıq Brüsselin məsələsidir".
Sputnik
BAKI, 24 avqust — Sputnik. Ukrayna texnoloji cəhətdən bu ölkənin ərazisindən tranzit ilə Avropaya gedən Rusiya qazının oğurlanması üzrə təhdid planını həyata keçirə bilər, lakin bundan Rusiya deyil, Avropa zərər çəkəcək. Müvafiq açıqlamanı Rusiya Dövlət Dumasının deputatı Oleq Morozov bildirib.
"Uzunmüddətli müqavilələr əsasında Avropaya nəql edilən tranzit qazını texniki olaraq mənimsəmək mümkündür. Amma bu o deməkdir ki, Avropa bu qazı əldə etməyəcək. Əgər sadəcə bunun üçün pul almalı olsaq, o zaman Avropa onu iki dəfəyə ödəməli olacaq", - deyə Morozov iddia edib.
Deputatın sözlərinə görə, bu yolla oğurluq Rusiyadan deyil, Avropa İttifaqından həyata keçirilmiş olacaq. Avropa siyasətçiləri artıq baha olan mavi yanacağa görə Kiyevə əlavə pul ödəmək istəyəcəklərmi – bu, artıq Brüsselin məsələsidir.
Bu yaxınlarda Ukrayna Radasının deputatı Dmitri Razumkov rəsmi Kiyevə maliyyə problemlərini Rusiya qazını oğurlamaqla həll etməyi təklif edib. O hesab edir ki, Kiyev gələcəkdə oğurlanmış mavi yanacağı Avropaya sata, əldə etdiyi pulu isə Ukrayna Silahlı Qüvvələri üçün silah və sursat almağa sərf edə bilər.