AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bakıda sabah havanın temperaturu neçə dərəcə olacaq?

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Avqustun 25-nə olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-36° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.