BAKI, 24 avqust — Sputnik. Ölkədaxili nağdsız əməliyyatların həcmi 2,3 dəfə artıb.
Cari ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 milyard 36 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1 milyard 566 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 467 milyon manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib.
İyul ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi ölkədaxili əməliyyatların 41,8 faizini təşkil edib.