NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti yüz dolları keçib

Son vaxtlar neft hasilatının azaldılması ilə bağlı xəbərlər, ABŞ-da neft ehtiyatlarının azalması qiymətlərə təsir göstərir
Sputnik
BAKI, 24 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,45 dollar azalaraq 99,77 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,3 dollar ucuzlaşaraq 93,44 dollar olub.
Azərbaycan neftinin qiyməti isə bahalaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 4,47 dollar artaraq 101,07 dollar olub.
Qeyd edək ki, son vaxtlar neft hasilatının azaldılması ilə bağlı xəbərlər, ABŞ-da neft ehtiyatlarının azalması qiymətlərə təsir göstərir.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.