BAKI, 24 avqust — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir sıra qida obyektlərini cərimələyib.
Bu barədə AQTA-dan bildirilib.
Belə ki, 15-19 avqust tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 66 sahibkarlıq subyektində həyata keçirilən planlı və plandankənar yoxlamalar zamanı ümumilikdə 52 müəssisədə nöqsanlar müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkarlıq subyektlərinin rəhbərləri inzibati məsuliyyətə cəlb olunublar.
Siyahıda tanınmış qida obyektləri də var.
Yoxlama nəticəsində nöqsan aşkar edilmiş qida obyektlərinin siyahısını təqdim edirik: