DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynada müharibənin davam etməsini istəyən NATO üzvləri var - Çavuşoğlu

Sputnik
BAKI, 23 avqust - Sputnik. Rusiya və Ukrayna nümayəndələrinin İstanbuldakı görüşündən sonra sülhə ümid edirdik.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” telekanalına müsahibəsində deyib.
“Özləri də dedikləri kimi, mövqelər yaxınlaşırdı. Amma qəfil hər şey dəyişdi. Tərəflər masadan uzaqlaşdılar. Ədalətli, Ukraynanın ərazi bütövlüyün təmin edən atəşkəs əldə edilməlidir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Hər iki tərəflə əlaqələrimiz yaxşıdır", - o, deyib.
Çavuşoğlu savaşın davam etməsini istəyən NATO üzvlərinin olduğunu da qeyd edib.