CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəbələdə yanğın başlayıb, helikopter iş başında

FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 1 ədəd helikopter yanğınsöndürmə işlərinə cəlb olunub.
Sputnik
BAKI, 23 avqust — Sputnik. Qəbələ rayonunda dağlıq ərazidə yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 1 ədəd helikopter yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, ötən gün Şəki rayonunun Kiş kəndi yaxınlığında meşə ərazisindəki kolluq sahədə baş verən yanğın bu gün söndürülüb.
Məlumat üçün bildirək ki, isti və küləkli hava şəraiti ilə müşahidə edilən mürəkkəb dağlıq relyefdə baş verən yanğınlarla mübarizə tədbirlərində FHN-in müvafiq qüvvələri, Aviasiya dəstəsinə məxsus "BE 200 ÇS" amfibiya təyyarəsi və 3 ədəd helikopter, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanlarının əməkdaşları və yerli sakinlər iştirak ediblər.
HADİSƏ
Qəbələ, Şabran, Quba və Siyəzəndə yanğınların söndürülməsi davam etdirilir - VİDEO