BAKI, 23 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
London birjasında "Brent" markalı neftin qiyməti 0,59 dollar artaraq 97,07 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,54 dollar ucuzlaşaraq 90,23 dollar olub.
Azərbaycan neftinin qiyməti ucuzlaşıb. "Azeri Light" markalı neftin qiyməti 2,41 dollar azalaraq 96,6 dollar olub.
Qeyd edək ki, neft bazarında qiymətlər dəyişkənlik göstərir. Əsas səbəb Səudiyyə Ərəbistanın energetika nazirinin OPEC+ ölkələrinin neft təklifini daha çox azalda biləcəkləri mesajını verməsidir. Digər tərəfdən, dünyada iqtisadi tənəzzül investorları narahat edir.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.