TƏHSİL

Nazir savadsız müəllimləri tənqid etdi

Emin Əmrullayev qeyd edib ki, həmin müəllimlər ona görə sertifikasiyaya cəlb edilir ki, təhsilin keyfiyyəti artsın.
Sputnik
BAKI, 23 avqust — Sputnik. Elə müəllimlər var ki, "müəllim" sözünü "məlim" yazır. Həmin müəllimin şagird qarşısına çıxarılması günahdır. Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazir bildirib ki, həmin müəllimlər ona görə sertifikasiyaya cəlb edilir ki, təhsilin keyfiyyəti artsın: "Digər tərəfdən sertifikasiyanın keçirilməsidən sonra əlavələr də tətbiq olunacaq ki, bu da müəllimlərin məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək".
Nazir həmçinin məktəbli formaları ilə bağlı sualları da cavablandırıb. O qeyd edib ki, şagirdlər məktəbə formada gəlməlidirlər: "Bu şagirdlər arasında bərabərliyi formalaşdırır. Forma ilə gəlməlidirsə, bunun da müəyyən standartı olmalıdır".
Onun sözlərinə görə, Nazirlik formanın rəngini, standartını təqdim edib: "Valideyn də forma alırsa, bunun qiyməti, maya dəyərini bazar müəyyənləşdirir. Bu, elm və təhsil mövzusu deyil. Lakin qiymətlərin şişirdilməsi halları varsa, biz də bunu düzgün hesab etmirik. Digər tərəfdən biz heç kəsi forma geyinməyə məcbur etmirik".
TƏHSİL
Azərbaycanda səksən bağça müdiri işdən azad edilib - Emin Əmrullayev