RUSİYA

Lavrov Duqinanın öldürülməsinə münasibət bildirdi

Rusiya XİN başçısı Federal Təhlükəsizlik Xidmətinin (FTX) artıq faktları və təşkilatçıları müəyyən etdiyini, sifarişçilərə və icraçılara heç bir mərhəmətin olmayacağını vurğulayıb.
Sputnik
BAKI, 23 avqust — Sputnik. Jurnalist Daria Duqinanın qətli vəhşicəsinə törədilmiş cinayətdir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın xarici işlər naziri Faysal Mikdad ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
"Mən bu barədə mühakimə yürüdə bilmərəm, amma hesab edirəm ki, bu, bağışlanması mümkün olmayan vəhşi cinayətdir", - Rusiya XİN rəhbəri deyib.
Lavrov əlavə edib ki, Federal Təhlükəsizlik Xidməti (FTX) artıq faktları və təşkilatçıları müəyyən edib, sifarişçilərə və icraçılara heç bir mərhəmətin olmayacağını vurğulayıb.
Xatırladaq ki, daha əvvəl FTX Daria Duqinanın qətlinin üstünün açıldığını açıqlamışdı. Cinayətin Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə Natalya Vovk tərəfindən törədildiyi və hadisədən sonra Estoniyaya getdiyinə dair sübutlar aşkarlanıb.
Darya Duqinanın ölümündə Ukrayna millətçiləri günahlandırılırlar
Moskva vilayətinin prokurorluğu artıq Daria Duqinanın qətli ilə bağlı işi nəzarətə götürüb.
Rusiyada avtomobilin partladılmasında ukraynalı "millətçilər" günahkar bilinirlər. İstintaq ictimai xadim Aleksandr Duqinin qızı jurnalist Darya Duqinanın qətlinin əvvəlcədən planlaşdırılmış və sifarişli olduğunu hesab edir. Bu barədə “İnterfaks”a Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.
Komitənin məlumatına görə, istintaq artıq müəyyən edib ki, Duqinanın avtomobilinin altına sürücü tərəfə partlayıcı qurğu qoyulub.
Onlar qeyd ediblər ki, "sonrakı operativ, hərtərəfli və obyektiv istintaqın aparılması üçün" Duqinanın qətli ilə bağlı cinayət işi Baş İstintaq İdarəsinə veriləcək.
"Hazırda müstəntiqlər Rusiya İstintaq Komitəsinin Məhkəmə Ekspertizası Baş İdarəsinin mütəxəssislərinin iştirakı ilə hadisə yerinə baxışı davam etdirirlər, o cümlədən partlayıcı maddə üzrə mütəxəssisin iştirakı ilə onlar yanmış avtomobilə baxış keçiriblər", - deyə Rusiya İstintaq Komitəsi (İK) məlumat verib.
"Avtomobilin videoçəkilişi götürülüb, cinayəti törədən şəxslərin və hadisənin digər şahidlərinin müəyyən edilməsi üçün əməliyyat başlayıb", - deyə Rusiya İK qeyd edib.
Duqinanın avtomobili avqustun 20-də Moskva vilayətinin Bolşiye Vyazemi kəndi yaxınlığında partladılıb. Duqina hadisə yerində keçinib. Faktla bağlı cinayət işi başlanıb.
RUSİYA
Rusiya İstintaq Komitəsi Duqinanın ölümü ilə bağlı məlumat yaydı