BAKI, 23 avqust — Sputnik. Laçın şəhəri artıq Azərbaycanın nəzarətinə keçir.
Bu sözləri avqustun 23-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən "Laçın: Postmünaqişə dövrünün yeni mərhələsi" adlı dəyirmi masada mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
1992-ci ilin mayında Şuşa və Laçının işğalını böyük faciə adlandıran F.Şəfiyev qeyd edib ki, Laçının statusu həmişə danışıqlar zamanı xüsusi yer tuturdu.
O bildirib ki, Minsk qrupu çərçivəsində də Laçın məsələsi ayrı bir maddə kimi müzakirə olunurdu: "Artıq Minsk qrupu fəaliyyət göstərmir, amma vaxtaşırı beynəlxalq ekspertlər Laçın məsələsini gündəmə gətirirdilər".
"Bu gün təşkil olunan müzakirələrdə buna aydınlıq gətirmək istəyirik. Görüşdə "Azərbaycanın baxışı, dövlətin mövqeyi nədən ibarətdir" kimi suallara cavablar veriləcək", - deyə İdarə Heyətinin sədri qeyd edib.