CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hansı publik hüquqi şəxslərin iş və xidmətləri ƏDV-dən azad edilib?

Prezidentin fərmanı ilə iş və xidmətləri ƏDV-dən azad edilən publik hüquqi şəxslərin siyahısında Medianın İnkişafı Agentliyi də var.
Sputnik
BAKI, 23 avqust — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında" fərman imzalayıb.
Fərmana əsasən, dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı genişləndirilib.
Siyahıya aşağıdakılar əlavə edilib:
- Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
- Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi;
-. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri"
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Hərracların Təşkili Mərkəzi"
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi"
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO"
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi"
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində "İqtisadi Elmi Tədqiqat İnstitutu";
- Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi
- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
- Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi
- Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin tabeliyində "Hüquq və İnsan Haqları İnstitutu."
Bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.