CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda mobil ödəmələrlə bağlı vəziyyət nə yerdədir?

"Mastercard" Azərbaycanda mobil ödəmələrin faizini 8-dən 40-a çatıdırmağa nail olmaq istəyir.
Sputnik
BAKI, 23 avqust — Sputnik. "Google Pay" kimi həllərin istifadəyə verilməsi ümumi dövriyyədə nağdsız ödənişlərin payını xeyli artıracaq.
Bunu "Mastercard"ın Azərbaycandakı baş direktoru Avşar Gürdal deyib.
Avşar Gürdal bildirib ki, ödəniş etmək üçün parol, barmaq izi və ya biometrik məlumat tələb olunduğu üçün "Google Pay" ödəniş üsulu ən təhlükəsizdir.
Azərbaycanda mobil ödəmələr ümumi ödəmələrin 8%-i qədərdir
Azərbaycanda mobil ödəmələrdən söz açan Avşar bildirib ki, hazırda ölkədə bu əməliyyatlar ümumi ödəmələrin 8%-i qədərdir: "Gələn il isə rəqəmin 40%-dən yuxarı olmasına nail olmaq istəyirik".
Bank kartlarının 80 faizi təmassızdır
Bank kartları ilə bağlı ümumi vəziyyətdən söz açan Avşar bildirir ki, hazırda Azərbaycanda 12 milyon bank kartı var ki, bunun da təxminən 80%-i təmassızdır: "Qeyd edim ki, hazırda ümumi ödəmələrdə kartla ödəmələrin payı 20% cıvarındadır. Dünyada isə bu rəqəm 38% civarındadır. Amma biz Azərbaycanla bağlı rəqəmlərin 50%-i ötməsini istəyirik".