DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Avropanı xilas etmək adı altında fəal şəkildə zənginləşir

Son bir ildə ABŞ-dan Aİ ölkələrinə maye qaz tədarükünün payı 20 faizdən 60 faizə yüksəlib.
Sputnik
BAKI, 23 avqust — Sputnik. Amerika qazını Avropaya satan iş adamları milyonlarla dollar qazanırlar. Bunu İsveçrənin "Blick" qəzeti yazır.
"Treyderlər və enerji şirkətləri Amerika təbii qazının Avropaya nəqlinə görə 200 milyon dollara qədər gəlir əldə edirlər", - məlumatda bildirilir.
Bu məlumatlara əsasən, son bir ildə ABŞ-dan Aİ ölkələrinə maye qaz tədarükünün payı 20 faizdən 60 faizə yüksəlib.
"ABŞ özünü xilaskar rolunda göstərmək istəyir. Çətin ki, onlar qazı altruizmdən Avropaya satsınlar, çünki iki qitə arasında qiymət fərqi böyükdür", - deyə müəllif qeyd edir.
"Qazprom" bu həftə Avropada qazın qiymətinin qışda 1000 kubmetr üçün 4 000 dollar həddini aşacağını proqnozlaşdırıb. Hazırda spot birjalarında xammalın dəyəri 2 500 dollardan çoxdur.