RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Slutski: "Rusiya AES-də faciənin qarşısını almaq üçün lazımi tədbirləri görüb"

Duma Şurasının növbədənkənar iclasında deputatlar nüvə obyektlərinin təhlükəsizliyi ilə bağlı beynəlxalq qurumlara və dünya ölkələrinin parlamentlərinə müraciət edə bilərlər.
Sputnik
BAKI, 22 avqust — Sputnik. Rusiya tərəfi Zaporojye Atom Elektrik Stansiyasında faciənin qarşısını almaq üçün bütün lazımi tədbirləri görüb. Bunu Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski bildirib.
"Bu gün biz AES ətrafında, Enerqodar ətrafında hər hansı terror aktı baş verəcəyi təqdirdə Çernobılın təkrarlana biləcəyi vəziyyətlə bağlı narahatlıqdan çox, Kiyevin dəstəklənməsi haqqında eşidirik. Ona görə də, Rusiya tərəfi təhlükələrin qarşısını almaq üçün bütün tədbirləri görüb" , - o, bazar ertəsi "Rossiya-24" telekanalında bildirib.
O, həmçinin BMT və digər beynəlxalq qurumları Rusiya ilə nüvə təhlükəsizliyi sahəsində əməkdaşlığa çağırıb.
Slutski xatırladıb ki, Duma Şurasının növbədənkənar iclasında deputatlar Zaporojye AES ətrafında vəziyyəti müzakirə edə və nüvə obyektlərinin təhlükəsizliyi ilə bağlı beynəlxalq qurumlara və dünya ölkələrinin parlamentlərinə müraciət edə bilərlər.
Slutski avqustun 18-də deyib ki, Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski, eyni zamanda BMT-nin baş katibi Antonio Quterreş arasında Lvovda keçirilən danışıqlar Ukrayna tərəfinin nüvə şantajına son qoymasına zəmanət vermir. Bununla belə, Zaporojye AES ətrafında vəziyyət yalnız qızışır", - deyə Slutski vurğulayıb.
Enerqodarda yerləşən Zaporojye AES Rusiya qoşunlarının nəzarəti altındadır. Son günlər Ukrayna qüvvələri stansiyanın ərazisinə pilotsuz təyyarələr, ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən istifadə etməklə bir neçə zərbə endirib. Əksər hallarda hücumlar hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edilib, lakin mərmilər infrastruktura və nüvə tullantılarının saxlanıldığı əraziyə dəyib. Avqustun 19-da MAQATE-nin baş direktoru Rafael Qrossi AES-ə agentlik missiyasının göndərilməsi üçün aktiv danışıqların aparıldığını açıqlayıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.