RUSİYA

Sergey Ryabkov: "Rusiya ilə qarşıdurmaya qoşulmaq son dərəcə risklidir"

Sergey Ryabkov vurğulayıb ki, vəziyyət dəyişməzsə, o zaman dünyada baş verən hər şey ən pis ssenariyə gətirib çıxara bilər.
Sputnik
BAKI, 22 avqust — Sputnik. NATO-nun siyasəti nüvə dövlətlərinin toqquşmasına gətirib çıxara bilər. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Qərb ölkələrinin bir neçə onilliklər ərzində izlədiyi Şimali Atlantika Alyansının kursu risklidir.
Tədricən bu, münaqişənin genişlənməsinə, silahlı toqquşmaya qədər gətirib çıxarır.
"NATO ölkələrinin bizim "qırmızı xətlərimizə" məhəl qoymamaq və birbaşa silahlı münaqişə astanasında tarazlıq saxlayaraq, Ukraynada Rusiya ilə qarşıdurmaya qoşulmaq kimi destruktiv kursu son dərəcə risklidir", - diplomat bildirib.
Sergey Ryabkov vurğulayıb ki, vəziyyət dəyişməzsə, o zaman dünyada baş verən hər şey ən pis ssenariyə gətirib çıxara bilər.
"Nüvə güclərinin dəhşətli nəticələri olan hərbi toqquşmasına qədər. Bunun qarşısı alınmalıdır", - diplomat bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov da bir neçə dəfə eyni mövzuda çıxış edib. O qeyd edib ki, bugünkü təlatümlü şəraitdə nüvə risklərini qiymətləndirməmək və süni şəkildə "şişirmək" olmaz.