RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Qərb liderləri Zaporojye AES ətrafında təmkinliliyi qorumağa çağırırlar

Zaporojye vilayətinin Enerqodar şəhərində Ukrayna ordusunun Zaporojye Atom Elektrik Stansiyasına hücumlarını dəf etmək üçün hər gün xüsusi əməliyyat keçirilir.
Sputnik
BAKI, 22 avqust — Sputnik. Almaniya Kansleri Olaf Şolz, ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Boris Conson Zaporojye Atom Elektrik Stansiyası yaxınlığında hərbi təmkinliyi qorumağa çağırıb.
"Onlar həmçinin Ukraynanın Zaporojyedəki AES-dəki vəziyyəti müzakirə edib və təmkinli olmağa çağırıblar, həmçinin MAQATE rəsmilərinin əraziyə tezliklə səfərinə çağırış ediblər", - Almaniya hökumətinin bəyanatında deyilir.
Zaporojye vilayətinin Enerqodar şəhərində Ukrayna ordusunun Zaporojye Atom Elektrik Stansiyasına hücumlarını dəf etmək üçün hər gün xüsusi əməliyyat keçirilir. Hücumlar gündəlik həyata keçirilir və hər gün güclənir.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.