RUSİYA

Putin Duqinanın ailəsinə başsağlığı verib

Prezident vurğulayıb ki, mərhum Daria Duqina xalqa, vətənə vicdanla xidmət edib, Rusiyanın vətənpərvər olmasının nə demək olduğunu əməli ilə sübut edib.
Sputnik
BAKI, 22 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin mərhum jurnalist və politoloq Daria Duqinanın ailəsinə teleqram vuraraq, onlara başsağlığı verib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Teleqramda deyilir: "Əsl rus ürəyinə malik parlaq, istedadlı – mehriban, sevgi dolu Daria Duqinanın həyatına iyrənc, qəddar cinayət son qoydu".
Prezident həmçinin vurğulayıb ki, mərhum Daria Duqina xalqa, vətənə vicdanla xidmət edib, Rusiyanın vətənpərvər olmasının nə demək olduğunu əməli ilə sübut edib: "Duqinanın xatirəsi onun qohumları və dostları, həmfikirləri tərəfindən əbədi olaraq qorunacaq".
Rusiya prezidenti jurnalistin ailəsinə bu kədərli məqamda güc və cəsarət arzulayıb.
Darya Duqinanının ölümündə Ukrayna millətçiləri günahlandırılırlar
Moskva vilayətinin prokurorluğu artıq Daria Duqinanın qətli ilə bağlı işi nəzarətə götürüb.
Rusiyada avtomobilin partladılmasında ukraynalı "millətçilər" günahkar bilinirlər. İstintaq ictimai xadim Aleksandr Duqinin qızı jurnalist Darya Duqinanın qətlinin əvvəlcədən planlaşdırılmış və sifarişli olduğunu hesab edir. Bu barədə İnterfaks-a Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.
Komitənin məlumatına görə, istintaq artıq müəyyən edib ki, Duqinanın avtomobilinin altına sürücü tərəfə partlayıcı qurğu qoyulub.
Onlar qeyd ediblər ki, "sonrakı operativ, hərtərəfli və obyektiv istintaqın aparılması üçün" Duqinanın qətli ilə bağlı cinayət işi Baş İstintaq İdarəsinə veriləcək.
"Hazırda müstəntiqlər Rusiya İstintaq Komitəsinin Məhkəmə Ekspertizası Baş İdarəsinin mütəxəssislərinin iştirakı ilə hadisə yerinə baxışı davam etdirirlər, o cümlədən partlayıcı maddə üzrə mütəxəssisin iştirakı ilə onlar yanmış avtomobilə baxış keçiriblər", - deyə Rusiya İstintaq Komitəsi məlumat verib.
"Avtomobilin videoçəkilişi götürülüb, cinayəti törədən şəxslərin və hadisənin digər şahidlərinin müəyyən edilməsi üçün əməliyyat başlayıb", - deyə Rusiya İK qeyd edib.
Duqinanın avtomobili avqustun 20-də gecə Moskva vilayətinin Bolşiye Vyazemi kəndi yaxınlığında partladılıb. Duqina hadisə yerindəcə keçinib. Faktla bağlı cinayət işi başlanıb.
RUSİYA
Rusiya İstintaq Komitəsi Duqinanın ölümü ilə bağlı məlumat yaydı