NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft ucuzlaşır - Səbəblər

Azərbaycan nefti ötən həftə 2,4 faiz ucuzlaşıb. Ölkə neftinin orta qiyməti 96 dollara bərabər olub
Sputnik
BAKI, 22 avqust — Sputnik. Dünyada neft qiymətləri ucuzlaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 1,23 dollar azalaraq 95,49 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 1,24 dollar ucuzlaşaraq 89,53 dollar olub.
Qeyd edək ki, neftin həftəyə ucuzlaşma ilə başlaması əsasən İran ilə bağlıdır. İranın neft bazarına qayıtması gözləntiləri və qlobal iqtisadi artımla bağlı narahatlıqlar ucuzlaşmaya səbəb olub.
Dünən ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson və Almaniya Kansleri Olaf Şolz İranın nüvə proqramı ilə bağlı davam edən danışıqları müzakirə ediblər. Bu barədə Ağ Evin yaydığı bəyanatda bildirilib.
Ötən həftə "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 96,04 ABŞ dollarına bərabər olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,3 dollar və ya 2,4 faiz azdır.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
NEFT-QAZ
ABŞ-da neft ehtiyatları milyonlarla barel azalıb