RUSİYA

Medvedev Avropada qazın daha da bahalaşacağını açıqlayıb

Siyasətçi Avropa bazarında qazın qiymətinin mart ayından bəri ilk dəfə olaraq min kubmetr üçün 2,8 min dollardan yuxarı qalxmasına diqqət çəkib.
Sputnik
BAKI, 22 avqust — Sputnik. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropada qazın qiymətinin 3-4 min dollara çata biləcəyini açıqlayıb. Bu barədə o, "Telegram" kanalında yazıb.
Siyasətçi Avropa bazarında qazın qiymətinin mart ayından bəri ilk dəfə olaraq min kubmetr üçün 2,8 min dollardan yuxarı qalxmasına diqqət çəkib.
"Ciddi qənaət rejimi. Görünür, yalnız Kanadada qaz axtaran Şolz tam anlayıb. İlin sonunda qiymət necə olacaq? 3000- 4000 dollar?", - Medvedev yazıb.
O, Avropanı qazsız qoymağın ən yaxşı yollarını xatırladıb. "Şimal axını 2" layihəsinin və Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması ilə bağlı son yazısını yada salıb, həmçinin Rusiya qazından imtina ilə bağlı bəyanatlara, müqavilə üzrə ödənişlərin ruublla ödənilməsindən imtinaya və "Qazprom"un Almaniyadakı ofisində axtarışlara diqqət çəkib.
"Bu heyranedici kombinasiya demək olar ki, Avropa siyasətçiləri üçün işə yaradı. Qaz indi min kubmetr üçün 2800 dollardır", - Medvedev bildirib.
Daha əvvəl o qeyd edib ki, adi avropalılar Rusiya ilə bağlı sağlam düşüncələrini qoruyurlar.