Çin xüsusi hərbi əməliyyat başlayandan Rusiyadan neft alışını artırıb

"Kommersant" Çin gömrüyünün məlumatlarına istinadən yazıb ki, Rusiya ardıcıl üçüncü aydır ki, Səudiyyə Ərəbistanını geridə qoyaraq Çinə ən böyük neft ixracatçısı olub.
Sputnik
BAKI, 22 avqust — Sputnik. Elvin Səlimov. Çin Ukraynada xüsusi əməliyyat başlayandan bəri Rusiya neftinin alışını 75% artırıb. Bu barədə "Bloomberg" məlumat yayıb.
2022-ci ilin fevral ayından Rusiyanın Çinə enerji resurslarının ixracının həcmi 35 milyard dollar təşkil edib. Eyni zamanda, 2021-ci ildə həmin dövrdə tədarüklərin həcmi 20 milyard dollar təşkil edib. Qeyd edilir ki, Çin tərəfi enerji resurslarının müəyyən hissəsini güzəştlə əldə edir.
Rusiya Çin üçün əsas neft tədarükçüsünə çevrilib. Eyni zamanda, İndoneziya qiymət siyasətində Rusiya ilə rəqabət apara bilmədiyi üçün birinci yerdən düşüb.
Nəşr qeyd edib ki, son vaxtlar Çinə tədarükün azalmasına baxmayaraq, ixrac həcmi 2021-ci ildən xeyli yüksəkdir.
"Kommersant" Çin gömrüyünün məlumatlarına istinadən yazıb ki, Rusiya ardıcıl üçüncü aydır ki, Səudiyyə Ərəbistanını geridə qoyaraq Çinə ən böyük neft ixracatçısı olub. Qəzetin məlumatına görə, iyulda Moskva Pekinə sutkada təqribən 1,68 milyon barel, Səudiyyə Ərəbistanı isə 1,5 milyon barel neft tədarük edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.