BAKI, 21 avqust – Sputnik. Rusiyalı mütəxəssislər Qərbin Kiyevə verdiyi silahları diqqətlə öyrənir və silahların zəif yerləri aşkar edilib. Bunu "Rossiya-1" telekanalına müsahibəsində Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi müqavimət göstərməyə hazırdır.
"Təbii ki, bizim elm də, sənayemiz də bununla məşğuldur. İki tərəfdən baxırıq. Birincisi, bu silahlarla mübarizənin mümkünlüyü, ikincisi isə onlara necə və nə ilə qarşı çıxmaq olar", - Şoyqu izah edib.
Nazirin qeyd edib ki, Qərb silahlarının çatışmazlıqlarının müəyyən edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
"Biz onlarla döyüşməyi öyrənmişik, onları tanıyırıq, başa düşürük, görürük", - deyə Müdafiə Nazirliyinin rəhbəri qeyd edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.