BAKI, 21 avqust - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Başsağlığıda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.
Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
Xatırladaq ki, Türkiyənin Mardin vilayətinin Derik rayonunda ağır yol qəzası baş verib. Qəza nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. Çoxlu sayda da yaralı var.
Bundan əvvəl Qaziantep-Nizip yolunda baş verən yol qəzasında azı 15 nəfər ölüb, 22 nəfər isə yaralanıb.