DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Baydenin siyasəti Ukrayna böhranının kəskinləşməsinə səbəb olub - Senator

Co Bayden və onun administrasiyası Əfqanıstan fiaskosu haqqında danışmaq istəməsə də, bu, dünyada gördüyünüz xaosun əsasını təşkil edir.
Sputnik
BAKI, 21 avqust – Sputnik. ABŞ prezidenti Co Baydenin siyasəti Ukrayna böhranının kəskinləşməsinə səbəb olub. "Fox News" xəbər verir ki, bunu Respublikaçı senator Tom Kotton deyib.
Onun sözlərinə görə, Ukraynada münaqişə Ağ Evin Əfqanıstandakı fiaskosu səbəbindən yaranıb.
"Əfqanıstandakı fiaskonu ört-basdır etmək mümkün deyil, çünki bu gün bütün dünyada rezonans doğuran nəticələri var. Ukraynada gördüklərimizin bir hissəsi Əfqanıstan effektidir", - senator belə düşünür.
Kottonun fikrincə, Ukrayna ətrafında vəziyyətin pisləşməsi keçən ilin avqustunda ABŞ ordusunun Əfqanıstandan uğursuz təxliyəsindən sonra başlayıb. Senator qeyd edib ki, bu, Çinin Tayvanla bağlı siyasətinin sərtləşməsinə də təsir edib.
Kotton deyib ki, Co Bayden və onun administrasiyası Əfqanıstan fiaskosu haqqında danışmaq istəməsə də, bu, dünyada gördüyünüz xaosun əsasını təşkil edir.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin ABŞ-a Əfqanıstan və İraqdakı cinayətlərini xatırladıb.