Mixail Katkov, RİA Novosti
Ukrayna müxalifəti Vladimir Zelenskiyə qarşı birləşir, çünki onun repressiyalarından bezib. Hakimiyyət istilik mövsümündə uğursuzluğa düçar olarsa, bu, genişmiqyaslı siyasi böhran yarana bilər. Bu, nəyə gətirib çıxaracaq — "RİA Novosti"nin materialında.
Birinci getdi...
Kiyevin meri Vitali Kliçko faktiki olaraq müxalifət tərəfinə keçdiyini elan edib. Və o, artıq xaricdən dəstək aldığını söyləyib: qardaşı Vladimir Almaniya hökuməti ilə humanitar məsələləri effektli şəkildə həll edir. Keçmiş boksçu şəxsi etibar reytinqini 63 faiz, "UDAR" partiyasının reytinqini isə 31 faiz qiymətləndirir. Kliçko hesab edir ki, mühasirə zamanı paytaxtı xilas edən məhz o olub.
Onun sözlərinə görə, Kliçko Rusiyanın xüsusi əməliyyatından xəbəri olub, ona görə də hərbi əməliyyatlara hazırlaşıb. O, dərhal əhalini uzun sürən qarşıdurmaya hazırlayıb. Zelenski isə vəd edib ki, ukraynalılar may ayında "rahat şəraitdə kabab bişirəcəklər". Boks üzrə keçmiş dünya çempionu rusların heç kimdən gizlənməyərək Belarusda təlimlər keçirməsinə, sonra isə demək olar ki, müqavimət göstərmədən Kiyevə çatmasına və hakimiyyətin heç nə etməməsinə qəzəblənib.
Ukrayna paytaxtının kənarında gedən döyüşlərdən danışan Kliçko qeyd edib ki, Zelenskinin bəzi əlaltıları, sadəcə olaraq, qaçıblar. Bundan başqa, prezident Kiyevdə özünün hərbi administrasiyanın rəhbərini təyin edib, lakin bütün məsələlərə hələ də mer rəhbərlik edir. O, sadəcə başqa cür hərəkət edə edə bilməz, çünki onu xalq seçib.
Buna baxmayaraq, Zelenski Kliçkonu NATO-nun Madriddə keçiriləcək sammitinə buraxmaq istəməyib. Prezidentin ofisi isə onunla cəmi bir-iki dəfə əlaqə saxlayıb. Baş nazir Denis Şmıqal da ona məhəl qoymur. Digər tərəfdən, yerli və regional hakimiyyətlər Konqresinə rəhbərlik edən Zelenski administrasiyasının rəhbəri Andrey Yermak Ukraynanın bütün şəhərlərini mərkəzə tabe etməyə çalışır. Öz növbəsində, Kliçko Ukrayna şəhərlər Assosiasiyasının rəhbəri kimi özünüidarədə israrlıdır.
Kliçko, həmçinin, qeyd edib ki, Zelenskinin komandası onu alman pasportuna görə vətəndaşlıqdan məhrum etməklə hədələyib, baxmayaraq ki, merdə həmin pasport yoxdur. Səbəb keçmiş boksçunun sənədləri Dnepr hərbi-mülki administrasiyasının rəhbəri Gennadi Korbana qaytarmaq çağırışı olub: o, xaricə gedib, lakin geri qayıda bilməyib. Belə ki, prezident aparatı onu Yermakın qərb kreditlərindən sui-istifadə etməsi barədə şayiələrə görə cəzalandırıb.
Korban İqor Kolomoyskinin yaxın çevrəsindən olan bir şəxsdir, onun da vətəndaşlıqla bağlı problemi var. 2019-cu ildə mediada iş adamının Donbass, Dnepr, Zaporojye, Odessa, Xarkov və digər regionların rəhbərlərindən ibarət "merlər partiyası" yaratmağa hazırlaşdığı barədə məlumatlar yayılıb. Kliçkonun özünüidarəni xatırladığını nəzərə alsaq, o, həmin layihənin reanimasiyasında maraqlı ola bilər.
Poroşenkonun macəraları
Eks-prezident parlamentdə ən böyük müxalifət fraksiyasına ("Avropa Həmrəyliyi") malikdir, onun ABŞ və Avropa İttifaqında böyük əlaqələri var. Nəzəri cəhətdən o, Kliçko ilə razılığa gələ bilər. Axı, 2015-ci ildə onlar uzun müddət olmasa da, birləşmişdilər.
Hələlik Poroşenkonun yenidən prezidentliyə qayıtmaq şansı aşağıdır. O, hətta xaricə də problemsiz gedə bilmir. Problemləri geridə qoyub Avropaya çatanda isə Zelenskinin casusları onunla bağlı mümkün qədər çox mənfi rəy yaradacaq məlumatlar toplamağa çalışırlar: bir şüşə şampanla, butikdə arvadı ilə, naməlum qızla şəkillərini çəkirlər.
Keçmiş dövlət başçısının yoldaşlarına da asan deyil. Belə ki, Zelenskinin "Xalqın xidmətçisi" partiyasının deputatı Maryana Bezuqlaya UTX-dən keçmiş prezidentin düşərgəsindən olan, onun fikrincə, ölkə rəhbərliyini parçalamağa çalışan könüllülər və siyasətçilər şəbəkəsinin fəaliyyətini araşdırmağı tələb edib. İddialara görə, onlar bütün uğurları ordunun komandanlığına, uğursuzluqları isə Zelenskiyə bağlamağa çalışırlar. Həm də bunu Moskvanın maraqları naminə edirlər.
UTX ölkədə ictimai-siyasi vəziyyəti sarsıdan nəhəng bot təsərrüfatının ləğv olunduğunu elan edib. Ukrayna mediası bunu tərəfdarlarının açıq şəkildə "tozlu botlar" ləqəbi almış Poroşenkoya növbəti hücum kimi qəbul edib.
Departamentdən bildirib ki, Ukraynanın müəyyən siyasi partiyası saxta hesablardan istifadə edərək sosial şəbəkələrdə, təxminən, 400 min nəfərlik auditoriyaya malik qruplar yaradıb və Zelenski ilə Ukrayna silahlı qüvvələrinin baş komandanı Valeri Zalujnıy arasında mübahisə yaradacaq məlumatlar yayıb. Eyni zamanda prezident aparatındakı qarşıdurmalarla bağlı söz-söhbətlər, rəhbərin həyat yoldaşını gözdən salmağa cəhd edildiyi bildirir. Güc qüvvələrinin məlumatına görə, şəbəkənin birbaşa rəhbəri Rusiya vətəndaşı olub. Buna görə də UTX əmindir ki, bəzi ukraynalı siyasətçilər düşmənin qanunlarına uyğun "oynayırlar".
Qış yaxınlaşır
Ukrayna mediası hiddətlənib: xüsusi əməliyyat şəraitində Zelenski müxalifətin istənilən fəaliyyətini düşmənə yardımla eyniləşdirir. Onu genişmiqyaslı repressiyalardan yalnız "müxaliflərin" Qərb himayədarları saxlayır. Amma "Müxalifət Platforması – Həyat üçün"də belə himayədar yox idi, ona görə də o, tez bir zamanda qadağan olundu. Liderlərdən biri - Viktor Medvedçuk dövlətə xəyanətdə ittiham edilərək həbsxanaya göndərildi. Eyni işdə şübhəli bilinən Poroşenko isə azadlıqdadır.
Politoloq Rostislav İşçenko əmindir ki, Kliçko prezidentin ofisini onun vətəndaşlığından məhrum etmək təhlükəsi üzündən demarş edib. "Zelenski uzun müddətdir ki, Kiyevin başında öz nəzarəti altında olan bir adamı qoymağa çalışır. Döyüş əməliyyatları səbəbindən Ukrayna iqtisadiyyatı kəskin şəkildə geriləyib və bu, daha da vacib olub, çünki paytaxt çörək yeridir. Kliçko özünü müdafiə etmək üçün diqqəti özünə cəlb etməyə çalışır", - deyə ekspert bildirib.
Analitiklər hesab edirlər ki, Ukraynada siyasi vəziyyət soyuqların gəlişi ilə gərginləşəcək. Hakimiyyət istilik mövsümünü təmin edə bilməyəcəyini gizlətmir. "Daha çox siyasətçi Ali baş komandanla ünsiyyətdən yayınır. Qışa qədər vəziyyət xeyli pisləşəcək. Kliçko soyuq batareyalara görə məsuliyyət daşımaq istəmir və bunu prezidentin üzərinə qoymağa çalışacaq", — deyə politoloq Aleksandr Dudçak qeyd edib.
Bunun fonunda etiraz əhval-ruhiyyəsi güclənəcək və Zelenski hakimiyyəti öz əlində daha çox cəmləşdirəcək. Müxalifət isə özünü müdafiə edəcək, o cümlədən birləşəcək.
Zelenskinin rəqiblərinin hücuma keçib-keçməməsi, dövlət çevrilişi təşkil edib-etməmələri Qərb kuratorlarından asılıdır. Dudçakın izah etdiyi kimi, onların razılığı olmadan heç kim risk etməyəcək, çünki bu halda ABŞ və Aİ kreditlərdən, silah və sursat təchizatından imtina edə bilər.