BAKI, 19 avqust — Sputnik. BMT-nin Baş katibi Antonio Quterreş Rusiya Federasiyasından sanksiyalara məruz qalmayan qida və gübrələrin əldə edilməsinə çağırıb.
Onun sözlərinə görə, Rusiya gübrələri olmasa, 2023-cü ildə qlobal ərzaq böhranı təhlükəsi çox reallaşacaq. Bundan əvvəl Rusiya gübrələrinin bir hissəsinə Qərb tərəfindən sanksiyalar tətbiq edilmişdi.
"Reuters"in məlumatına görə, Quterreş deyib ki, "Rusiya Federasiyasından qida məhsulları və məhdudiyyətlərə daxil olmayan gübrələr üçün dünya bazarlarına maneəsiz çıxış olmalıdır".
Quterreş Türkiyədə bağlanan "taxıl müqaviləsi"ni son dərəcə vacib hesab edir. Lakin onun fikrincə, bu tədbirlər dünya aclığı təhlükəsini aradan qaldırmaq üçün kifayət etmir və bu, gələn ilin əvvəlində reallığa çevrilə bilər.
BMT-nin Baş katibi daha əvvəl açıq şəkildə Rusiya Federasiyasından kalium gübrələrinə qoyulan məhdudiyyətləri mümkün qədər tez yumşaltmağa çağırmışdı.