BAKI, 19 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,42 dollar azalaraq 96,17 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,38 dollar ucuzlaşaraq 90,12 dollar olub.
Azərbaycan neftinin qiyməti isə bahalaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,26 dollar artaraq 97,87 dollar olub.
Qeyd edək ki, son 1 ayda neftin qiyməti 13 faizə yaxın aşağı düşüb. Neftin qiymətindəki azalmalar daha çox qlobal iqtisadiyyatda müşahidə olunan durğunluq ilə bağlıdır.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.