RUSİYA

Ukrayna nüvə şantajı ilə məşğuldur - Zaxarova

Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib ki, Kiyev rejimi BMT-nin baş katibi Antonio Quterreşin Ukraynaya səfəri ilə bağlı Zaporojye AES-də təxribat hazırlayır.
Sputnik
BAKI, 18 avqust — Sputnik. Ukrayna Zaporojye AES ətrafında yaranmış vəziyyətdə nüvə şantajı ilə məşğuldur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Bu, sadəcə təxribat deyil, nüvə şantajı dediyimiz şeydir" – deyə o, "Solovyev Live" “Telegram” kanalında söyləyib.
Beləliklə, diplomat Kiyev rejiminin 2022-ci il avqustun 19-na BMT-nin baş katibi Antonio Quterreşin Ukraynaya səfəri ilə bağlı Zaporojye AES-də təxribat planlaşdırdığını təsdiqləyib.
Xatırladaq ki, bu gün Rusiya Müdafiə Nazirliyi Ukraynanın Rusiyanı texnogen fəlakətdə ittiham etmək üçün 2022-ci il avqustun 19-da Zaporojye AES-də rezonans doğuracaq təxribat hazırladığını açıqlayıb.
Rusiya 2022-ci il fevralın 24-ü, cümə axşamı səhər saatlarında Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin bildirib ki, onun məqsədi "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan vətəndaşları qorumaqdır".
Hazırda Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır, danışıqlar prosesinin dondurulmasının təşəbbüskarı Kiyev olub. Bunu əvvəllər Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası prezidentinin köməkçisi Vladimir Medinski bəyan edib.