BAKI, 18 avqust — Sputnik. Sosial təminat növləri üzrə ödənişlərdə artım dinamikası davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, nazirlik tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin 7 ayı ərzində pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 3 mlrd. 823 mln. manat vəsait ödənilib.
Qeyd edək ki, bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 9,3 faiz və ya 324,3 mln. manat çoxdur.