CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə narkomaniya və narkotiklərin dövriyyəsinə dair minlərlə cinayət faktı qeydə alınıb

Narkomanlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 56 nəfəri xarici ölkə vətəndaşıdır.
Sputnik
BAKI, 18 avqust — Sputnik. Сari ilin yanvar-iyul ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6 min 551 cinayət faktı aşkarlanıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, onlardan 2 min 354-ü narkotik vasitələrin qanunsuz satışı, 3 min 841-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 289-u qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 67-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 904 kiloqram 791,79 qram və 301 min 30 həb narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 737 kiloqram 292,852 qramını heroin, 1 ton 231 kiloqram 230,524 qramını marixuana, 207 kiloqram 908,831 qramını tiryək, 20 kiloqram 549,344 qramını həşiş, 199 qramını kokain, 30 min 130 həb metadon, 117 kiloqram 139,337 qramını digər narkotik vasitələr və 590 kiloqram 471,902 qramını psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 1 kiloqram 604,4 qram güclü təsir edən maddə, 10 kiloqram 37,6 qram zəhərli maddə, 72 min 707 ədəd narkotik xassəli çətənə bitkiləri qanunsuz dövriyyədən götürülüb.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4 min 704 nəfər cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 56 nəfəri xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilmiş 56 xarici ölkə vətəndaşından 23-ü İran İslam Respublikası, 13-ü Rusiya, 8-i Türkiyə, 7-si Gürcüstan, 1-i Türkmənistan,1-i Qazaxıstan, 1-i Pakistan, 1-i Ukrayna, və 1-i Maldiv vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 940 kiloqram 83,765 qram və 4 min 78 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16 min 759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.
Bu ilin 7 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 157 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 842 kiloqram 206,002 qram və 7 min 952 ədəd kapsul müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.
Cari ilin yanvar-iyul ayları ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 50 min 640 nəfər istiqamətləndirilib.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1963 nəfərindən 1410-nun istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Yeddi ay ərzində "802" qaynar xəttinə 1235 vətəndaş müraciəti daxil olub ki, onların 148-ni narkotik vasitələrin qanunsuz dövriyyəsi, 516-ı narkotik asılılıqdan müalicə, 571-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 664 məktub ünvanlanıb.
Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.