RUSİYA

Dünya əhalisinin 85%-i Rusiyaya qarşı sanksiyaları rədd edir

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litszyan deyib ki, dünya əhalisinin yalnız 15%-i Rusiya əleyhinə sanksiyaların tətbiqində iştirak edir, 85%-i isə məhdudlaşdırıcı tədbirlərdən çəkinir.
Sputnik
BAKI, 18 avqust — Sputnik. Dünya əhalisinin əksəriyyəti Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqini dəstəkləmir. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litszyan bildirib.
Onun "Twitter"də yazdığı kimi, əhalinin yalnız 15%-i Rusiya əleyhinə sanksiyaların tətbiqində iştirak edir, 85%-i isə məhdudlaşdırıcı tədbirlərdən çəkinir.
Bundan əvvəl Macarıstan parlamentinin spikeri Laslo Kever Avropa İttifaqının anti-Rusiya sanksiyaları siyasətini tamamilə səhv adlandırıb.