CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Turizm Agentliyində müdirlər işdən çıxarılıb

Dövlət Turizm Agentliyində boş qalmış yerlərə hələ ki, təyinat aparılmayıb.
Sputnik
BAKI, 18 avqust — Sputnik. Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq təşkilatlarla iş və protokol sektoru Kənan Əliyev, eləcə də xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri Cavid Abdullayev işdən ayrılıblar.
Bu barədə Sputnik Azərbaycan-a Agentlikdən məlumat verilib. Məlumata görə, hələ ki, onların yerinə təyinat olmayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 21 yanvar 2022-ci il tarixli 3112 nömrəli Sərəncamı ilə Azadə Hüseynova Dövlət Turizm Agentliyi sədrinin müavini təyin olunub. A.Hüseynova 2019-cu ildən etibarən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib.