RUSİYA

Rusiya SQ-nin Baş Qərargahı: ABŞ Uzaq Şərqi vura bilən raketlər yerləşdirə bilər

Baş Əməliyyat İdarəsi rəisinin birinci müavini bildirib ki, bu Rusiyanın hərbi təhlükəsizliyinə təhdid yaradır.
Sputnik
BAKI, 17 avqust — Sputnik. ABŞ 2028-ci ilə qədər Yaponiyanın Sakit Okeandakı İo adasında 5,5 min km-ə qədər mənzilli hipersəs raketləri yerləşdirməyi planlaşdırır. "İnterfaks" xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsi rəisinin birinci müavini Viktor Poznixir bildirib.
Onun sözlərinə görə, söhbət kiberəməliyyatlar aparmağa qadir olan və uzaqmənzilli dəqiq silahlarla, o cümlədən 5,5 min km-ə qədər məsafə qət edən hipersəs raketləri ilə təchiz edilmiş iki perspektivli çoxsahəli briqadadan gedir.
"Onlar Uzaq Şərqdə xüsusilə mühüm obyektləri məğlub edə biləcəklər. Bu isə Rusiyanın hərbi təhlükəsizliyinə təhdid yaradır", - Poznixir deyib.
Onun sözlərinə görə, yaradılan orta mənzilli raketlər üçün baza məntəqəsi olaraq İo regionunda nüvə silahlarının saxlanması üçün aerodrom və anbarlar nəzərdən keçirilir.
Bundan əvvəl isə məlum olub ki, Rusiya Müdafiə Nazirliyi ağır qitələrarası "Sarmat" raketləri alıb.