RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN: "Daha bir sursat anbarı dəqiq silahlarla vurulub"

Rusiya Aerokosmik Qüvvələri yüksək dəqiqlikli silahlardan istifadə edərək 40-dan çox millətçi və 10 texnikanı məhv edib.
Sputnik
BAKI, 17 avqust — Sputnik. Rusiya Aerokosmik Qüvvələri yüksək dəqiqlikli silahlardan istifadə edərək Lozovoye, Beloqorka, Belaya Krinitsı, Xerson vilayətində 40-dan çox millətçi və 10 texnikanı məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.
"Rusiya Aerokosmik Qüvvələrinin Ukrayna Silahlı Qüvvələrinin Lozovoye, Beloqorka və Xerson vilayətinin Belaya Krinitsa rayonlarında toplanmış canlı qüvvəsi və hərbi texnikasına yüksək dəqiqliklə endirdiyi zərbələr nəticəsində 40-dan çox millətçi və 10 ədəd xüsusi texnika məhv edilib", - Konaşenkov bildirib.
General-leytenantın sözlərinə görə, daha bir sursat anbarı da dəqiq silahlarla vurulub. "Slavyansk rayonu yaxınlığındakı 95-ci desant-hücum briqadasının döyüş sursatı anbarının yüksək dəqiqlikli silahlarla məhv edilməsi nəticəsində üç mindən çox 122 millimetrlik artilleriya mərmisi və mina, həmçinin 30-dan çox millətçi məhv edilib", - deyə o əlavə edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.