RUSİYA

Rusiya Ermənistana nota verdi

Rusiya diplomatik missiyasının bəyanatında bildirilib ki, Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirlər.
Sputnik
BAKI, 17 avqust — Sputnik. Rusiyanın Ermənistandakı səfirliyi İrəvandakı "Sürməli" topdansatış bazarında baş vermiş partlayışda əli olması ilə bağlı Rusiya strukturlarına qarşı saxta ittihamlarla əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.
Bu barədə Rusiya diplomatik missiyasının mətbuat xidməti məlumat yayıb.
"Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik", - deyə Ermənistandakı Rusiya səfirliyinin bəyanatında qeyd olunub.
Qeyd edək ki, partlayış avqustun 14-də yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.
Hadisə zamanı 16 nəfərin öldüyü, 3 nəfərin itkin düşdüyü məlumdur.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Moskva Ukraynaya silah tədarükü ilə bağlı bütün ölkələrə nota göndərib