HADİSƏ

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Sərhəd pozucusu hava şəraitinin qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə İran ərazisinə qaçıb
Sputnik
BAKI, 17 avqust — Sputnik. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.
DSX-dən verilən məlumata görə, avqust ayının 17-də saat 00:10-da Dövlət Sərhəd Xidmətinin "Horadiz" sərhəd dəstəsinin Zəngilan rayonunun Mincivan qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunmuşdur. Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılmış, xidməti ərazi qapa­dılmışdır. Sərhəd naryadı tərəfindən "Dayan" əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucusu əmrə tabe olmayaraq hava şəraitinin qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə İran ərazisinə qaçmışdır.
Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 5 kiloqram 600 qram narkotik vasitə "marixuana"ya bənzər maddə aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.