DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Britaniya G7 ölkələrini Çinə texnologiya ixracını dayandırmağa çağırıb

Bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib ki, onlara qarşı istifadə oluna biləcək texnologiyanı ixrac etməyəcəklərinə əmin olmalıdırlar.
Sputnik
BAKI, 17 avqust - Sputnik. G7 ölkələri regionda təhlükəsizliyi təmin etmək üçün Çinə texnologiya ixracını məhdudlaşdırmalıdır.
Bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Belfastda hakim Mühafizəkarlar Partiyasının üzvləri ilə görüşündə deyib.
"Bizə qarşı istifadə oluna biləcək texnologiyanı ixrac etməyəcəyimizə əmin olmalıyıq”, - deyə Trass bildirib.
Bundan əlavə, XİN rəhbəri Çinin avtoritar rejimə malik ölkə olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Çin hakimiyyəti yeni silah növləri yaratmaq üçün texnoloji nailiyyətlərdən istifadə edir.